• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1525
— 08.12.2017 13:57

ADAU-da Heydər Əliyevin anım günü qeyd edilib

KepezTV Player

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət xadimidir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Azərbaycan Dövlət Aqrar Universitetində ulu öndərin anım günü toplantısında ümummilli liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi qayğıdan danışılıb, Heydər Əliyev sözlərinin çəkisi və sanbalı olan, xalqı arxasınca aparmağı bacaran bir siyasi xadim kimi xarakterizə edilib. Milli liderin daim öz xalqına arxalanması və yanında olması iqtidar-xalq birliyinin formalaşmasına təsir edən vacib amil kimi vurğulanıb.