• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1039
— 07.12.2017 14:43

Goranboyda mal-qara oğruları saxlanılıb

KepezTV Player

Dekabrın 5-də Goranboy rayon sakini Əlvan İsgəndərov həyətyanı sahəsindən ona məxus 6 baş inəyin oğurlanması barədə Rayon Polis şöbəsinə məlumat verib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayonunun Qızılhacılı qəsəbə sakini, əvvəllər məhkum olunan Elçin Əliyev və Mingəçevir şəhər sakini Zaur Hüseynov saxlanılıb. Ətraflarında aparılan əməliyyat tədbirləri zamanı onların Əlvan İsgəndərovun otlaq sahəsindən 6 baş mal-qaranı oğurladıqları müəyyən edilib. Həmin şəxslərin bu kimi başqa əməllərdə iştirak edib-etmədikləri araşdırılır. Faktla bağlı Goranboy rayon Polsi şöbəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Xaliq Qurbanlı