• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1109
— 06.12.2017 15:18

Bu gün qitənin ən nüfuzlu klub turnirində daha 4 qrupda 8 qarşılaşma keçiriləcək

Bununla da çempionlar liqasında qrup mərhələsinə yekun vurulacaq. Son turda ən çox diqqət E qrupuna yönələcək. Çünki bu qrupda hələ də növbəti mərhələyə yollanacaq komandalar bəlli deyil. Səfərdə Liverpulun qonağı olacaq Spartak Moskva güclü rəqibini mütləq məğlub etməlidi ki, 1/8 finala vəsiqə qazansın. Mersisaydlılara isə 1 xal bəs edir ki, qrupdan çıxsın. Bu qrupun digər görüşündə Sevilya Sloveniyada sonuncu pillədə qərarlaşan Mariborla üz-üzə gələcək.

F qrupunda maksimum nəticəylə lider olan Mançester Siti evdə Şaxtyoru qəbul edəcək. Hər iki kluba 1 xal kifayətdir ki, növbəti mərhələ yüksəlsinlər. Bu baxımdan oyunun sülhlə yekunlaşacağını praqnozlaşdırmaq olar. Eyni qrupda yer alan Feyenord və Napoli komandalarının duelində isə italyanlar böyük hesabla qalib gəlsə və Şaxtyor darmadağınla məğlub olsa neapollular qrup ikinci kimi mərhələ adlaya bilər.

G qrupunda Azərbaycanda da xeyli sayda azarkeşi olan Beşiktaş Almaniyada Leyptsiqlə qarşılaşacaq. Nəticədən asılı olmayaraq qrup lideri kimi tarxində ilk dəfə 1/8 finala vəsiqə əldə edən qara qartal üçün oyun formal xarater daşıyır. Meydan sahibləri isə qalib gəlməklə ikinci yerə yüksələrək növbəti mərhələdə iştirak edə bilər. Bu qrupun Porto Monako görüşndə isə prineylilər ötən mövsümkü əzəmətindən uzaq olan knyaqlı təmsilçisi üstələyərək 1/8 finala yüksəlmək istəyir.

H qrupunda Real – Borussiya Dortmund görüşü gecənin ən maraqlı qarşılaşmalarından sayılır. Amma almanların son zamanlar zəif təsir bağışlaması bu oyunun arxa plana keçməsinə səbəb olub. Dortdmundlular ən yaxşı halda avroliqaya vəsiqə qazana biləcək. H qrupunun Tottenhem – Apoel oyununda isə ingilislərə 1 xal lider olmaq üçün bəsdi.

 

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

6 dekabr

 

E qrupu

23:45. “Maribor” (Sloveniya) - “Sevilya” (İspaniya)

23:45. “Liverpul” (İngiltərə) - “Spartak” (Rusiya)

 

1.

Liverpul

5

2

3

0

16-6

9

2.

Sevilya

5

2

2

1

11-11

8

3.

Spartak

5

1

3

1

9-6

6

4.

Maribor

5

0

2

3

2-15

2

 

F qrupu

23:45. “Feyenoord” (Hollandiya) - “Napoli” (İtaliya)

23:45. “Şaxtyor” (Ukrayna) - “Mançester Siti” (İngiltərə)

 

1.

Mançester Siti

5

5

0

0

13-3

15

2.

Şaxtyor

5

3

0

2

7-8

9

3.

Napoli

5

2

0

3

10-9

6

4.

Feyenord

5

0

0

5

3-13

0

 

G qrupu

23:45. “Porto” (Portuqaliya) - “Monako” (Fransa)

23:45. “Leypsiq” (Almaniya) - “Beşiktaş” (Türkiyə)

 

1.

Beşiktaş 

5

3

2

0

9-4

11

2.

Porto

5

2

1

2

10-8

7

3.

Leypsiq

5

2

1

2

9-9

7

4.

Monako

5

0

2

3

4-11

2

 

H qrupu

23:45. “Tottenhem” (İngiltərə) - APOEL (Kipr)

23:45. “Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)

 

1.

Tottenhem

5

4

1

0

12-4

13

2.

Real Madrid 

5

3

1

1

14-5

10

3.

Borussiya D.

5

0

2

3

5-10

2

4.

APOEL

5

0

2

3

2-14

2

 

 

Orxan Cəfərzadə