• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2371
— 06.12.2017 13:19

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

KepezTV Player

 Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Bahadir Əzizov saxlanılıb. Baxış zamanı onun üzərindən ayrı-ayrı qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.Ekspertizaya təqdim olunan həmin narkovasitənin 6,92 qram qurudulmuş marixuana olması barədə rəy verilib. Onun narkotik vasitələri əldə etdiyi mənbə də müəyyən edilib və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Qədirov da saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı otaqda və zirzəmidə ayrı-ayrı yerlərdə qablaşdıraraq gizlətdiyi ümumi çəkisi 951,26 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.Faktla bağlı Şirvan ŞPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

 

Zülfiyyə Telmanqızı