• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1959
— 06.12.2017 10:02

Bu da dünyanın ən sürətli yolsuzluq avtomobili

Lamborghini şirkəti dünyanın ən sürətli yolsuzluq avtomobilini – Urus modelini təqdim edib. Maşının uzunluğu 5 metr 11, eni 2 metr, hündürlüyü 1 metr 60 santimetr, təkər bazasının ölçüsü isə 3 metrdir. 2 ton 200 kiloqramlıq modelin baqaj həcmi 616 litr yük götürmək qabiliyyətinə sahibdir. Oturacaqları qatlamaqla bu göstəricini 1596-a qaldırmaq olar. Lamborghini Urusun kuzovu alüminiumdandır. Ofroud 4 litrlik 650 at güclü biturbomotorla və 8 pilləli avtomatik ZF sürət qutusu ilə işləyir. Belə bir transmissiya Lamborghini modellərində ilk dəfə istifadə edilir. Urus yerindən 100 km/saat sürəti 3.6 saniyəyə yığır. Maksimal sürətsə 12,8 saniyədir. Bu isə Lamborghini Urusu dünyanın ən sürətli seriyalı yolsuz avtomobili adlandırmağa haqq qazandırır.

 

Cavanşir Məmmədzadə