• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2159
— 05.12.2017 10:54

Avtomatlaşdırma 2030-cu ilədək 800 milyon insanı işsiz qoya bilər

Robotlaşdırma və avtomatlaşdırma tempinin bu səviyyədə saxlanılması 2030-cu ilədək 375 milyon insanın işsiz qalma ehtimalını artırır. Əgər inkişaf etmiş ölkələr əməyin avtomatlaşdırılmasını sürətləndirsələr, təxminən 800 milyon insan yeni ixtisas seçmək məcburiyyətində qalacaq. McKinsey Global İnstitutunun araşdırmalarına görə, ilk növbədə söhbət fiziki işlə məşğul olan və bu işə bağlı insanlardan gedir. Məlumatların yığılması və emal edilməsi, mühasibatlılıq və ya müxtəlif mexanizmləri idarə edənlər risk zonasına aiddirlər. İnsanlarla işləyən və bu baxımdan yüksək keyfiyyətlərə sahib olanların bu baxımdan narahat olmalarına gərək yoxdur. Ekspertlər belə qənaətə gəliblər ki, indiki texnologiyalarla 2030-cu ilədək əmək fəaliyyətinin təxminən 60%-i robotlaşacaq və ya avtomatlaşdırılacaq. Tam avtomatlaşdırma isə cəmi 5 faizi əhatə edəcək. Proqnozlara görə, robotlar Çində 230 milyon, Hindistanda 120 milyon, Rusiyada isə 40-45 milyon insanın çörəyinə bais olacaq. Araşdırmalar onu deməyə əsas verir ki, avtomatlaşdırma insanları iş keyfiyyətlərini artırmağa vadar edəcək. Nəticədə yeni ixtisaslar ortaya çıxacaq ki, bu da işin məhsuldarlığının və əmək haqlarının yüksəlməsinə səbəb olacaq. Belədə iqtisadiyyat daha inkişaf edəcək və yeni 360 milyon iş yerləri yaranacaq. Analoji vəziyyət artıq ABŞ-da özünü göstərməyə başlayıb. Belə ki, ölkədə personal kompüterlərin işə təsiri nəticəsində bir sıra iş yerləri ixtisara düşüb. Buna baxmayaraq eyni vaxtda 15,8 milyon vakansiya elan olunub. McKinsey analitikləri güman edirlər ki, qlobal avtomatlaşdırma insan əməyinin azalmasına gətirib çıxarmayacaq. Çünki paralel olaraq müxtəlif sahələrdə işçilərə ehtiyac duyulacaq. Buraya yaşllıqlara qulluq və yeni texnologiyaların hazırlanması kimi işlər daxildir.