• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 991
— 04.12.2017 14:03

"Dinamo" Kirovabadın SSRİ Çempionatının Yüksək Liqasına çıxmasının 50 illiyi Gəncə şəhər stadionda qeyd olunub

KepezTV Player

Azərbaycan Premyer Liqasının XIV turunun "Kəpəz" - "Sumqayıt" oyunundan öncə "Dinamo" Kirovabadın SSRİ Çempionatının Yüksək Liqasına çıxmasının 50 illiyi Gəncə şəhər stadionda qeyd olunub. 1967-ci ildə komandanın heyətində yer almış veteran futbolçulara "Kəpəz"in formaları hədiyyə verilib. Klubun Müşahidə Şurasının sədr müavini İslam Abbasov veteranlardan Müzəffər Qasımov, Zakir Süleymanov, Ravil Batrayev və Nurəddin Əliyevi təbrik edib. O, üzərində soyadları və 50 yazılan, həmçinin "Dinamo"nun emblemi həkk olunan sarı-göy rəngli futbolkaları yubilyarlara təqdim edib. Qeyd edək ki, 50 illik ilə bağlı stadion bayram ab-havasına uyğun olaraq bəzədilib. Komandanın futbolçuları isə meydana tarixi qələbədən bəhs edən təbrik pankartı ilə çıxıblar. Amma “Kəpəz”in rəqibinə 0:3 hesablı məğlubiyyəti bayram əhval-ruhiyyəsinə təsirsiz ötüşməyib.

 

Azad Rəfi