• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1517
— 03.12.2017 11:58

Gəncədə iki piyadavurma hadisəsi qeydə alınıb

Gəncədə 79 yaşlı qadını avtomobil vurub. Vəli Xusulu küçə sakini Safura Kazımova yolu keçmək istəyərkən “Ford” markalı avtomobil onu vurub. Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə çatdırılan qadına ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan o, şəhərdəki özəl xəstəxalardan birinə göndərilib.

Digər piyadavurma haidəsi isə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Avtomobil 42 yaşlı şəhər sakini İbrahim Məmmədovu vurub. Dərhal Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxanaya çatdırılan yaralıya ilkin tibbi yardım göstərilib. O, reanimasiya şöbəsinə yerləşdirlib. Vəziyyəti orta-ağırdır. Faktlar araşdırılır.

Gülnar Fazilqızı