• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2291
— 01.12.2017 10:01

Smartfonlara ətrafdan izləyənləri müəyyən etməyi öyrətdilər

Smartfon sahibləri tez-tez yaxınlıqda olan adamların onların mobil cihazına baxmaları ilə qarşılaşırlar. Düzdür, bu, ya bilərəkdən, ya da bilməyərəkdən baş verir. Problemi aradan qaldırmaq üçün Google mühəndisləri bir araya gəliblər. Onlar kənar gözləri izləyən sistem düzəldiblər. “Electronic screen protector” adlı sistem smartfonun qarşı kamerasından istifadə edir və gözlərin hərəkətini izləyərək kənardan ekrana baxılması barədə smartfon sahibini xəbərdarlıq edir. Sistem Google Pixel smartfonunda sınaqdan keçirilib. Yad baxışı müəyyən etmək üçün cəmi 2 millisaniyə kifayət edir. Özü də bunun üçün internetə də ehtiyac yoxdur.

 

Cavanşir Məmmədzadə