• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 30.11.2017 14:28

Bu il ərzində ov qaydalarını pozulması halları azalıb

KepezTV Player

Qanunsuz ovla yanaşı təbiətə dəyən ziyan da minumuma enib. Brakonyerliyə qarşı aparılan mübarizə tədbirəri Samux Ovçuluq Təsərrüfatının xidməti ərazisində öz bəhrəsini verir.

Avropadan, Rusiyadan və Afrikadan köç edən quşların qanad saxladığı, eləcə də qidalanması üçün münbit ərazi hesab edilən Kürqırağı ərazilərdə yegerlərin fəaliyyəti gücləndirilib. Mövsümlə əlaqədar aparılan monitoriqnlər nəsli kəsilməkdə olan və Qırızmı kitaba düşən köçəri quşların miqrasıyasına nəzarət etməklə yanaşı, qanunsuz ov hallarının da qarşısını alır. Ötən il ov qaydasının pozulması üzrə 10 hal aşakarlayan Samux Ovçuluq Təsərrüfatının əməkdaşlarının fəliyyəti bu il göstəricinin yarıya qədər azalmasına səbəb olub.

Həsən Rəsulov - Samux Ovçuluq Təsərrüfatının mühafizə yegeri: “ 2017-ci ildə ovla bağlı 5 qayda pozuntusu, 10 halda isə təbiətə dəyən ziyan qeydə alınıb. Qanunnu pozanlara qarşı akt protokollar tərtib olunub və barələrində inzibati tədbirlər görülübdür. Mənim brokonyerlərə tövsüyyəm odur ki, Ekologiya və Təbii Sərvətlər nazirliyindən ovçuluq bileti əldə etsinlər və müvafiq təşkilatlardan ova görə, lisenziya alıb təyin olunan yerlərdə ov etsinlər”.

Təsərrüfatın 40 min 400 hektarlıq ərazisində su-bataqlıq quşları ilə yanşı çeyranların da mühafizəsi aparılır. Bu günə kimi xidməti ərazidə ceyranların ovlanması qeydə alınmayıb və Azərbaycan təbiətinin incilərindən sayılan ceyranların baş sayı 250-dən artıqdır. Təsərrüfatın mühafizə ərazisinə daxil olan Şəmkir Dövlət Təbiət Yasaqlığıda nəsli kəsilmək üzrə olan 10-a yaxın məməli heyvan və qırımızı kitaba düşən bir neçə quş növlərinin də mühafizəsi aparılır.

 

Xaliq Qurbanlı