• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2405
— 30.11.2017 12:13

Şəmkirdə hərəkətdə olan avtomobil alışıb

KepezTV Player

Bü gün təxminən saat 11:40-da Şəmkirin Dəllər qəsəbəsində hərəkətdə olan avtomobildə  yanğı hadisəsi baş verib. Qəsəbə sakini Elşən Zülalovun idarə etdiyi "VAZ “21 06" qəfildən alışıb. Sürücü dərhal əyləci basıb və avtomobili tərk edib. FHN-nin yanğınsöndürmə briqadası gələnədək ətrafdakı insanların köməkliyi ilə alov ram edilib. Maşının salonu yararsız hala düşüb. İlkin ehtimala görə, yanğına nəqliyyat vasitəsinin elektrik sistemində yaranan nasazlıq səbəb olub. Yanğın səbəbləri araşdırmalardan sonra bəlli olacaq.

Elşən Zülalov – sürücü: Xalam gilə gedirdim. Alışdı yandı. Birdə gördüm tüstü çıxdı. Uşaqlar sağ olsun qaz idarəsinin işçiləri tez kömək etdi. Bir anlıq tüstü çıxdı. Tələstik akkumlayatroru aralayanadək alışdı.

 

Natiq Hüseyn