• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1601
— 29.11.2017 11:36

Şəmkirdə yol qəzası oldu, 4 nəfər yaralandı

KepezTV Player

Şəmkir-Kür qəsəbə avtomobil yolunun Təzəkənd kəndi ərazinsindən keçən hissəsində, dəmir yol xəttinin üzərindəki körpüdə yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər sakini 63 yaşlı Telman Məmmədovun idarə etdiyi "QAZ-24" markalı maşın "VAZ 21 06" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitələrinin hər ikisi körpüdən aşıb. 4 nəfər yaralanıb. "QAZ-24"ün sürücüsü Telman Məmmədov, "VAZ"da olan bir ailənin üzvləri, Şəmkir rayon Qaracəmirli kənd sakinləri, 53 yaşlı Qoşqar İsayev, onun həmyaşıdı Səmayə İsayeva, 29 yaşlı Aynur Əhmədova Mərkəzi Rayon Xəstəxanasına aparılıb. İlkin ehtimala görə, qəzaya "VAZ 21 06"nın dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Polis faktı araşdırır.

 

Orxan Cəfərzadə