Çay qızılxallı farel balıq növünü süni göldə təbii şəraitdə yemləyərək saxlayıb nəslini artırmaq. Bu mümkündür.Özü də Azərbaycanda. Balıqçılıq sahəsində yeni kəşfdən qarşıdakı sujetdə tanış olacaqsınız.
Ayaz Əliyev - Toğanalı kənd sakini: Məlumatım oldu ki, dünya alimləri farel balıq növünün süni göllərdə nəsil artırılmasına nail ola bilməyib. Bizimdə ərazidə farel balığı çaylarda, göllərdə yaşayır. Marağıma səbəb olduğu üçün təcrübə etməyə başladım.
Göygöl sakini çay qızılxallı farel balıq növünün süni göldə təbii şəraitdə nəslinin artırılmasına 9 il öncə başlayıb. Əvvəllər xırda gölməçələrdə aparılan təcrübələr 5 il bundan əvvəl böyük gölə köçürülür. İndi Ayaz Əliyev 3 süni göldə farel balığının artırlması ilə məşğuldur.
Balıqçı alimlərinin fikrincə çay qızılxallı farel balığı dəniz səviyyəsindən təxminən 2400-2800 m hündürlükdə yaşaya bilir. Dayandığımız yer isə əlimdə tutduğum aparat göstərir ki, dəniz səviyyəsindən 1100 metr hündürlükdü. Bu isə onu deməyə əsas verir ki, çay qızılxallı farel balığı dəniz səviyyəsindən 1100 metr hündürlükdə də yaşaya bilər.
Ayaz Əliyev - Toğanalı kənd sakini: Nazik sular olmayanda farel balıqları gölün özündə həyacanlı olduqda az kürü verirlər, az balalar çıxır. Eyni zamanda iri balıqlar xırda balıqları yeyir. Ona görədə nazik sular süni göllərdə vacib şərtdir.
Ayaz Əliyev indi apardığı təcrübənin elmi əsasları üzərində çalışır.
Abbas İsmayılov - ADAU-nun elmi şöbəsinin rəhbəri: Mən gəlib balığın saxlanıldığı gölə baxış keçirdim. Göllərlə tanış oldum. İçərdə balıqların olduğunu müşahidə elədim. Onun dediklərini qələmə aldıqlarını elektronlaşdırıb mən 12 səhifədən ibarət yazı formasına saldım. Onu redaktə edib Patent idarəsinə təqdim etmək fikrimiz var.
Bu məqsədlə Respublika Standartlaşdırma və Patent idarəsinə gələn ilin əvvəlində təqdim ediləcək. Əgər bu yeni üsul təsdiq olunarsa yenilik gələcəkdə Respublikada balıqçılıq təsərrüfatların artırlması üçün iqtisadi səmərə verərcək.
Elnur Vahidoğlu
- Baxış: 1831