• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1904
— 25.11.2017 16:05

Türkiyəli müəllimin mühazirələri

KepezTV Player

Türkiyəli müəllim Aqrar Universitetdə mühazirələr deyib, praktik dərslər keçib. 4 gün ərzində Türkiyənin Hazine Müşteşarlığı Dış Ekonomik İlişkiler Genel Müdürlüğünün Ziraat Yüksek Mühendisi Dilara Saltık təhsil müəssisəsinin Aqronomluq fakültəsinin aqronomluq ixtisasının III kurs tələbələrinə entomologiya fənnindən dərs tədris edib. Universitetlərarası bu cür əməkdaşlıq əlaqələrinin inkişafı bir qayda olaraq gələcəkdə müəllimlərin, tələbələrin mübadiləsi ilə nəticələnir, kənd təsərrüfatının aktual problemlərin həlli yolları birgə araşdırılır.

Dilara Saltık Türkiyədən dəvət olunan müəllim: Tələbələrin dərsə marağı və fənni mənimsədiyinin şahidi oldum. Praktik baxımdan yeniliklərin nədən ibarət olduğunu izah edirəm. Əminəm ki, dərslər onlar üçün faydalı olacaq.