• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1511
— 24.11.2017 13:54

“Kəpəz” Gəncədə “Qəbələ”ni qəbul edəcək

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunları çərçivəsində “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu gün Nizami yurduna gəlib. “Sarı-göylər” oyuna hazırlığın əsas hissəsini Bakıda keçirib. Paytaxtda 3 gün məşq etmiş komanda matç öncəsi son hazırlığına isə qarşılaşmanın reallaşacağı Gəncə şəhər stadionunda çıxacaq. İlk dövrədə rəqibini səfərdə məğlub edən “Kəpəz”in heyətində itkilər var. Müdafiəçilər Dedimar Fereyra və Şəhriyar Rəhimov cəzalıdır. Viktor Oseqeyl isə zədəli olduğundan qarşıdakı görüşdə forma geyinə bilməyəcək. Noyabrın 25-də keçiriləcək “Kəpəz” – “Qəbələ” matçı saat 14:30-da başlayacaq. Bu qarşılaşma Yunis Hüseynovun gəncəlilərin baş məşqçisi postunda ilk oyunu kimi tarixə düşəcək.

Azad Rəfi