• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1535
— 24.11.2017 10:03

Toyota insana bənzər robot təqdim etdi

Toyota insanabənzər T-HR3 adlı robot təqdim edib. O, operatorun hərəkətlərini yüksək dəqiqliklə yerinə yetirmək bacarığına sahibdir. Bu, artıq Yaponiya şirkətinin üçüncü əl işidir. Analoji robotlar müxtəlif funksiyaların öhdəsindən gəlmək perspektivinə malikdir. Onlar evdə ya da tibb müəssisələrində, hətta fəlakət zonalarında kömək etməyə qadirdilər. Robotu idarə etmək üçün mühəndislər əks əlaqəli xüsusi ekzoskelet-kreslo hazırlayıblar. Onun vasitəsilə operator əl və ayaqlarını tərpədir, robot isə tam dəqiqliklə onu təkrarlayır. Ehtiyac olaraq operator virtual reallıq eynəkləri də taxa bilər, bu isə ona dünyanı robotun gözü ilə görməyə imkan verir.

 

Cavanşir Məmmədzadə