UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. İlk oyun günündə 8 görüş keçirilib. G qrupunda azaərbaycanlı azarkeşlərin də diqqət mərkəzində olan görüşdə "Beşiktaş” “Portu”nu qəbul edib. Oyunun 29-cu dəqiqəsində hesab açılıb. Qonaqlardan Felipenin zərbəsi qapıçı üçün əlçatmaz olub. Fasiləyədək qara qartal hesabı bərabərləşdirib. Cərimə meydanşasında nəzarətsiz qalan Talişka topu qapıya göndərib. Bu qol həm də qarşılaşmanın yekun hesabını təyin edib. 1:1. Bu nəticə İstanbul klubunu tarixində ilk dəfə olaraq 1/8 finala yüksəldib.
Bu qrupun Monako – Leypsiq görüşündə almanla qələbəni bayram edib. 6-cı dəqiqədə ev sahiblərindən Jemerson topu öz qapısına yollayaraq qonaqları hesabda irəli çıxarıb. Bundan sonra almanlar daxili imkanlar hesabına fərqləniblər. 9 və 31-ci dəqiqələrdə Timo Verner iki dəfə rəqib qapısına yol taparaq fərqi artırıb. 43-cü dəqiqədə knyazlıq təmsilçisi buraxılan toplardan birinin əvəzini çıxıb. Radamel Falkao fərqlənən oyunçu olub. Fasiləyədək rəqibi daha 1 dəfə məyus edən qonaqlar oyunun taleyini ilk yarıdaca həll edib. Nabi Keyta diqqətləri üzərinə çəkərək komandasının 1:4 hesablı qələbəsində pay sahibi olub.
E qrupunda keçirilən “Sevilya” - “Liverpul” oyununu da bolqollu alınıb. Azarkeşlər görüşdə 6 qola şahid olublar. İlk yarıda təşəbbüsə tam yiyələnən "Liverpul"dan 2 dəfə Roberto Firmino, 1 dəfə Sadio Mane ispanları məyus edərək mersisaydlıları 3 topluq fərqlə önə keçiriblər. Ancaq fasilədən sonra prineylilər oyunda dönüş yarada biliblər. 51 və 60-ci dəqiqələrdə Ben Yedderin qolları hesab arasında fərqi mimimuma endirib. Əzmkarlıq göstərən Sevilya son dəqiqələrdə tablodakı rəqəmləri eyniləşdirib. Quido Pizarro da qol vuralnların siyahısına qoşularaq komandasını məğlubiyyətdən xilas edib. Yekun nəticə 3:3.
Eyni qrupda yer alan Spartak Moskva və Maribor komandalarının duelində də qalib müəyyənləşməyib. 82-ci dəqiqədə ruslar Ze Luislə sükutu pozsalar da, bu hesabı sonadək qoruya bilməyiblər. Sloveniyalılar əsas vaxta artırılan dəqiqələrdə vurduqları qol sayəsində məğlubiyyətdən xilas olublar 1-1.
F qrupunda lider Mançester Siti doğma meydanda Feyenoordu sınağa çəkib. Qarşılaşmanın taleyini 1 qol həll edib. İngilislər 88-ci dəqiqədə Rahim Sterlinqin ayağına yazılan qolla 3 xal qazanıb.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
21 noyabr
E qrupu
“Spartak” (Rusiya) - “Maribor” (Sloveniya) - 1:1
Qollar: Ze Luis, 82 - Mesanoviç, 90+2
“Sevilya” (İspaniya) - “Liverpul” (İngiltərə) - 3:3
Qollar: Ben Yedder, 51, 60 (pen.), Pizarro, 90+2 - Firimino, 2, 30, Mane, 22
1. |
Liverpul |
5 |
2 |
3 |
0 |
16:6 |
9 |
2. |
Sevilya |
5 |
2 |
2 |
1 |
11:11 |
8 |
3. |
Spartak |
5 |
1 |
3 |
1 |
9:6 |
6 |
4. |
Maribor |
5 |
0 |
2 |
3 |
2:15 |
2 |
F qrupu
“Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Hollandiya) - 1:0
Qol: Sterlinq, 88
“Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna) - 3:0
Qollar: İnsinye, 56, Zielinski, 81, Mertens, 83
1. |
Mançester Siti |
5 |
5 |
0 |
0 |
13:3 |
15 |
2. |
Şaxtyor |
5 |
3 |
0 |
2 |
7:8 |
9 |
3. |
Napoli |
5 |
2 |
0 |
3 |
10:9 |
6 |
4. |
Feyenord |
5 |
0 |
0 |
5 |
3:13 |
0 |
G qrupu
“Beşiktaş” (Türkiyə) - “Porto” (Portuqaliya) - 1:1
Qollar: Talişka, 41 - Felipe, 29
“Monako” (Fransa) - “Leypsiq” (Almaniya) - 1:4
Qollar: Falkao, 43 - Cemerson, 6, Verner, 9, 31, Keyta, 45+1
1. |
Beşiktaş |
5 |
3 |
2 |
0 |
9:4 |
11 |
2. |
Porto |
5 |
2 |
1 |
2 |
10:8 |
7 |
3. |
Leypziq |
5 |
2 |
1 |
2 |
9:9 |
7 |
4. |
Monako |
5 |
0 |
2 |
3 |
4:11 |
2 |
H qrupu
“Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə) - 1:2
Qollar: Obameyanq, 31 - Keyn, 49, Son, 76
APOEL (Kipr) - “Real” (İspaniya) - 0:6
Qollar: Modriç, 23, Benzema, 39, 45+1, Naço, 41, Ronaldo, 49, 54
1. |
Tottenhem |
5 |
4 |
1 |
0 |
12:4 |
13 |
2. |
Real Madrid |
5 |
3 |
1 |
1 |
14:5 |
10 |
3. |
Borussiya D. |
5 |
0 |
2 |
3 |
5:10 |
2 |
4. |
APOEL |
5 |
0 |
2 |
3 |
2:14 |
2 |
Orxan Cəfərzadə
- Baxış: 435