• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2184
— 23.11.2017 12:42

Qəzalarda üç piyada dünyasını dəyişdi

KepezTV Player

Gəncə şəhəri ərazisində yol qəzası baş verib. Şəhər sakini Vüqar Rubəxşi idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Zəhra Kərimovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktı Gəncə şəhər Nizami rayon polis idarəsi araşdırır. Bərdədə də piyadanın ölümü ilə nəticələnən qəza olub. Rayonun Yusifli kəndində Sabir Muxtarov idarə etdiyi “QAZEL” markalı maşınla Yüksəl Rəcəbovu vurub. 46 yaşlı Rəcəbov hadisə yerində ölüb. Daha bir hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. "Şamaxinka" kimi tanınan ərazidə piyada zolağından keçmək istəyən 54 yaşlı Şahzadə Paşayevanı dayanacağa daxil olan 65 nömrəli sərnişin avtobusu vurub. Qadın aldığı xəsarətlərdən yerində keçinib.

Zülfiyyə Telmanqızı