• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 22.11.2017 13:08

Azyaşlı həyatını itirdi, 10 nəfər yaralandı

KepezTV Player

Goranboy rayonunda ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. "Oka" və "Zaporojets" markalı avtomobillər toqquşub, nəticədə 11 nəfər yaralanıb. Xəsarət alan şəxslərdən 1-i, 14 yaşlı Kənan Məmmədov Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəsarət alan 3 azyaşlı Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Tibbi müdaxilələrə baxmayaraq, uşaqlardan birinin həyatını xilas etmək mümkün olmayıb, digər ikisi özəl xəstəxanalardan birinə aparılıb. Yaralılardan 7-nin müalicəsi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında davam edir.

Bakıdan Ağdama toya gedən paytaxt sakinləri Yevlaxda qəzaya uğrayıblar. “Hyundai” markalı minik avtomobilin sürücüsü rayon ərazisində idarəetməni itirib və nəticədə maşın yoldan çıxaraq kanala aşıb. Qəza zamanı 28 yaşlı Elyana Mirzəyeva, 50 yaşlı Göyçək Qurbanova və 52 yaşlı Aslan Əsədov müxtəlif bədən xəsarətləri alıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.ilkin ehtimalara görə qəzaya küləkli hava şaraiti səbəb olub. Abşeronun rayonunda,Novxanı qəsəbəsində də qəza qeydə alınıb. 35 yaşlı Sədrəddin Xanmuradovun idarə etdiyi "VAZ" markalı minik avtomobili ilə "Ford" markalı yük furqonu toqquşub. Xəsarət alan Sədrəddin Xanmuradov hər iki bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının vəziyyəti ağırdır. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Nəqliyyat vasitələri evakuatorlarla cərimə meysançasına aparılıb. Faktlarla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı