Təəssüf ki, günü çoxsaylı qəza xəbərləri ilə açdıq. İdarəetmənin itirilməsi, diqqətsizlik, qatı duman...Səbəblər müxtəlifdir, amma bütün qəzaların oxşarlığı ölüm və xəsarətlərlə nəticələnməsidir. 8 nəfərin həyatından olduğu, xeyli insanın isə isə yaralandığı hadisələrin təfərrüatlarını gətiririk ekranlarınıza. İzləyək...
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Magistralın 101-ci km-də Bakı şəhər sakini, 59 yaşlı Hamlet İlyasovun idarə etdiyi “Mercedes” markalı maşın işıq dirəyinə çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Həyat yoldaşı, 56 yaşlı Məlahət İlyasova Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Göygöl rayonunda 3 avtomobil toqquşub. Hadisə Göygöl-Toğanalı avtomobil yolunda, Göygöl Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb. Qəza nəticəsində Gəncə şəhər sakinləri 39 yaşlı Əvəz Xıdırov, 22 yaşlı Arzuman Mirzəyev, 29 yaşlı Vəfa Xıdırova, 33 yaşlı Yunis Xıdırov, Bakı şəhər sakini 52 yaşlı İsmayıl Əmirov, Göygöl rayon Şəhriyar kənd sakini 24 yaşlı Elxan Nəbiyev və bir azyaşlı xəsarət alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Azyaşlı 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına göndərilib. Xəsarət alanlardan Elxan Nəbiyevə tibbi yardım göstərilsə də o, dünyasını dəyişib. Digər yaralananlardan 3 nəfərə ambulator müalicə təyin olunub, 1 nəfər şəhərdəki özəl xəstəxanalardan birinə aparılıb, 1 nəfərin isə müalicəsi davam etdirilir. ((SOT ХР 00:00:00 NAME: Şahin Quliyev TITLE: həkim TEXT:– “Burada yatan xəstədə sifətində, qaşında, burnunda çox saylı çapılmış, siyrılmış yaralar qeyd olunurdu. Qadında sol mil sümüyünün sınığı gipisə qoyulub və sol baldırında çapılmış yaralar var idi. O biri xəstə Bakı şəhər sakini idi ambulator müalicəyə buraxıldı. Digər xəstədə isə sağ bud sümüyünün başında sınıq var idi”.)) ((K/A))Salyanda körpü-tikinti şirkətinə məxsus avtomobil qəza törədib. Hadisə yeni inşa edilən Ələt-Astara yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. Qəbələ rayonunun Zarağan kənd sakini Mürvət Nəsibov idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolda yeni quraşdırılmış dəmir-beton dirəyə çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Biləsuvar sakini, 24 yaşlı İmaməli Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Nəqliyyat hadisəsinin baş verməsinə səbəb, yolun dumanlı olması göstərilir.
Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Qaratəpə kəndi ərazisindən keçən hissəsində də qatı duman qəzaya səbəb olub. “Mercedes” markalı avtomobil “KamAZ”-la toqquşub. Beyləqan rayon sakini, 22 yaşlı Fidan Cavadzadə ölüb, onun bacısı, 25 yaşlı Sahilə Cavadzadə, 50 yaşlı Şamil Əsədov və 50 yaşlı Həqiqət Xanzanova ağır xəsarətlər alıb. Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Daha bir qəza Sabirabadın Şəhriyar kəndi ərazisində olub. “VAZ 21015” markalı avtomobil radar dirəyinə çırpılıb. Sərnişin 35 yaşlı Nicat Cavadov dünyasını dəyişib, sürücü 29 yaşlı Şəhriyar Sultanov isə xəsarətlərlə Şirvan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İmişli rayon Bəhrəmtəpə qəsəbəsi ərazisində Mercedes” və “VAZ 2107” markalı maşınlar toqquşub. Nəticədə İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 53 yaşlı Elxan Məhərrəmov həyatını itirib. Cəbrayıl rayon sakini, 60 yaşlı Qorxmaz Hüseynov, İmişli rayon Sarxanlı kənd sakini, 40 yaşlı Qabil Cabbarov isə yaralanıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisində baş verən yol qəzasında 4 nəfər ağır yaralanıb. Ələt qəsəbəsində “Opel” markalı avtomobilin mişar daşı ilə yüklənmiş yük avtomobilinə arxadan çırpılması nəticəsində sürücü, 26 yaşlı Vüqar Məmmədov, sərnişinlər –24 yaşlı Fuad Məmmədov, 26 yaşlı Lamiyə Məmmədova və 24 yaşlı Vəfa Məmmədova xəsarət alıblar. Vüqar, Vəfa və Lamiyə Məmmədovlar Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər. Lamiyə Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. Fuad Məmmədov isə Bakıdakı xəstəxanalardan birinə aparılıb. Bütün faktlarla bağlı araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 1496