• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 19.11.2017 17:05

Göygöldə 3 avtomobil toqquşdu, 1 nəfər öldü 6 nəfər yaralandı

Göygöl rayonunda 3 avtomobil toqquşub.  Hadisə Göygöl-Toğanalı avtomobil yolunda, Göygöl Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb. Qəza nəticəsində Gəncə şəhər sakinləri 39 yaşlı Əvəz Xıdırov, 22 yaşlı Arzuman Mirzəyev, 29 yaşlı Vəfa Xıdırova, 33 yaşlı Yunis Xıdırov, Bakı şəhər sakini 52 yaşlı İsmayıl Əmirov, Göygöl rayon Şəhriyar kənd sakini 24 yaşlı Elxan Nəbiyev və bir azyaşlı xəsarət alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Azyaşlı 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına göndərilib. Xəsarət alanlardan Elxan Nəbiyevə tibbi yardım göstərilsədə o dünyasını dəyişib. Digər yaralananlardan 3 nəfərə ambulator müalicə təyin olunub, 1 nəfər şəhərdəki özəl xəstəxanalardan birinə aparılıb, 1 nəfərin isə müalicəsi davam etdirilir.  Faktla bağlı araşdırma aparılır.

Şahin Quliyev həkim – “Burada yatan xəstədə sifətində, qaşında, burnunda çox saylı çapılmış, siyrılmış yaralar qeyd olunurdu. Qadında sol mil sümüyünün sınığı gipisə qoyulub və sol baldırında çapılmış yaralar var idi. O biri xəstə Bakı şəhər sakini idi ambulator müalicəyə buraxıldı. Digər xəstədə isə sağ bud sümüyünün başında sınıq var idi”.

Gülnar Fazilqızı