• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2067
— 19.11.2017 13:50

Bakı-Qazax-Gürcüstan yolunda bir nəfərin ölməsi, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Hadisə avtomagistralın Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər təcili tibbi yardım avtomobilləri ilə Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onlardan biri, Qazaxbəyli kənd sakini 24 yaşlı Allahverdi Abayev dünyasını dəyişib. Onun həmkəndliləri 26 yaşlı Cavad Dünyamalıyev və 21 yaşlı İsabala Hüseynov, Daş Salahlı kənd sakinləri 17 yaşlı Orxan Hüseynov və 23 yaşlı Məmməd Hüseynov, habelə Bağanısayrım kənd sakini 24 yaşlı Fərhad Nəsibovun isə müalicəsi davam etdirilir.