• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2287
— 15.11.2017 13:09

Keçmiş məhkumlar qadına qarşı soyğunçuluq etdilər

KepezTV Player

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində silsilə mənzil oğurluqları törədən şəxs saxlanılıb. Oktyabrın 23-dən noyabrın 10-dək olan müddətdə rayon ərazisindəki 6 evdən pul, qızıl, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Xəyyam Şahbazov tutulub.

Bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində pul və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə ələ keçirən şəxslər də saxlanılıb. Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri - əvvəllər məhkum olunmuş Tərlan Abbasov və Samir Quliyev tutularaq istintaqa təqdim olunublar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov RPİ müraciət edə bilərlər.

 

Zülfiyyə Telmanqızı