• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1809
— 15.11.2017 10:01

Vaxtı yavaşladan əlcək icad edildi

Moskva Dövlət Texniki Universitetinin tələbəsi, sosial şəbəkələrdə AlexGyver və ya MadGyver kimi tanınan şəxs qeyri-adi əlcək icad edib. O, bu əlcəklə zamanı “yavaşlada” ya da tamamilə “dayandıra” bilir. İxtiraçı əlcəyi ilə sərinkeşin və drelin fırlanmasını, hətta suyun axınını yavaşlatmağa nail olur. Əslində əlcək parlaq işıq diodlu stroboskopla təchiz olunub və Arduiono platası, akselerometr, həmçinin potensiometrlə idarə edilir. Storoboskopun işartı tezliyi seçilmiş obyektin tezliyi ilə uyğunlaşanda sanki onun hərəkəti dayanmış kimi gözə dəyir.

 

Cavanşir Məmmədzadə