![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/brabus.jpg?itok=s3CKWeBC)
Gücləndirilmiş Brabus Rocket 900 sedanı üç kilometrlik trassda 347 km/saat sürət yığıb. Gediş Almaniyanın Papenburg şəhərində Auto Bild nəşrinin təşkilatçılığı ilə baş tutub. Məqsəd müxtəlif sportkarların dinamik xarakteristikasını nümayiş etdirməkdir. Arxa ötürücülü “Raketa” Mercedes-Benz S 65 AMG-nin bazasında düzəldilib. Sedanın 6,3 litrlik V12 biturbo mühərriki 900 at gücünə malikdir. İlk “yüzü” yığmaq üçün maşına 3,7 saniyə kifayətdir. Maksimal sürəti 350 km/saat olan tüninqli Mercedesin sürət qutusu 7 pilləli düzəliş edilmiş transmissiyadan ibarətdir.
Cavanşir Məmmədzadə
- Baxış: 310