• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1367
— 14.11.2017 10:08

Vespa motorolleri elektriklə birdəfəyə 100 kilometr məsafə qət edir

Vespa brendinin sahibi olan Piaggio şirkəti elektrikli motorollerin kütləvi istehsalı barədə xəbərləri təsdiqləyib. İkitəkərli nəqliyyat vasitəsi ötən il Milanda keçirilən motosərgidə təqdim olunub. Bir il aradan sonra elə həmin sərgidə istehsalçılar onun texniki xarakteristikasının sirrini açıblar. Yenilik 2,7 litrlik elektromotor və batareyalar bloku əldə edib. Bu blokla motoroller birdəfəyə 100 kilometr məsafə qət edə bilir. Vespa Elettrica-nı enerji ilə təmin etmək üçün həm adi elektrik şəbəkələrindən, həm elektrik stansiyalarından yararlanmaq mümkündür. Şirkətdən söz verirlər ki, litium-ion akkumlyatoru təxminən 10 il bəs edəcək. Bu da 50 000-70 000 kilometr arası məsafə deməkdir. 1000 dövrədən sonra onun həcmi cəmi 20 faiz kiçiləcək. Motorollerin avadanlıqları siyahısında TFT monitorlu və Bluetooth-u dəstəkləyən Vespa Multimedia Platform sistemi yer alıb. Elektrikli Vespa üçün naqilsiz mikrafonu və dinamikləri olan dəbilqə də hazırlanıb. Vespa Elettrica-nın satışları 2018-ci ildən başlayacaq. Qiymət isə hələlik naməlumdur.