Buna təqribən bir ay sonra fəaliyyətə başlayacaq “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” imkan yaradacaq. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən qurum, xüsusi ilə bölgələrdə fəaliyyət göstətən sahibkarlar üçün əlavə mailiyyə resursalarına rahat çıxış imkanı deməkdir.
Zemfira Ağayeva - Sahibkar Qadınlar İB-nin sədri: “Bu günə qədər sahibkarlar çox çətinliklə, çox əziyyətlə kredit götürməyə nail ola bilirdilər. Bəzilə heç lazım olan krediti götürə bilmirdi. Bəzən girov şəklində əmlak qoymaq məsələsi problem yaradırdı, bəzən öz bisneslərinin real bir sənədi olmurdu ki, bu çətinlik törədirdi. Mən demirəm ki, banklarda problemlər var. Bəzən sahibkarın özünün hüquqi cəhətdən, iqtisadi cəhətdən nəsə bir çatışmazlığı olur, sənədlərinin yığılmasında problemlər olur”.
Bu çətinliklərlə xüsusi ilə bölgədə fəlaiyyət göstərən kiçik və orta sahibkarlar üzləşirdi.
Afina Babayeva - Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə şəhəri üzrə nümayəndəsi: “Bizdə bu tərəflərdə əsas prioritet sayılan sənaye və kənd təsərrüfatı sahəsidir. Mən başa düşürəm, banklar bu gün çox vaxt riskli sahələri kretitləşdirmək istəmirlər, çünki vəsaitin batması onlara da xeyr etmir. Mən sizə deyim ki, bu məsələləri xaricdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə sığorta şirkətləri həll edir. Lakin mən demişdim ki, bizim ölkədə 15-dən artıq sığorta şirkəti olmasına baxmayaraq, onların heç biri bizim zonaya xas olan kənd təsərrüfatı sahəsinə yaxın gəlmirlər”. Lakin yaradılan “Kredit Zəmanət Fondu” sahibkarların kommersiya banklarından milli valyuta ilə aldıqları kreditlərə təminat verərək həmin kreditlərə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdıran hüquqi şəxs kimi çıxış edəcək. Yəni dövlət, Fond vasitəsi ilə həm mövcud risklərin, həm də ödəniləcək faizlərin bir hissəsini öz üzərinə götürəcək.
Afina Babayeva - Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə şəhəri üzrə nümayəndəsi: “Onu idarə edən 7 nəfər müşahidə şürası üzvündən biri Banklar Assosiasiyasıdır, biri Maliyyə Nazirliyidir, Dövlət Bankıdır, Nəzarət Palatasıdır və sair. Yəni elə çox şahəli burada rəhbərlik olacaq ki, onların da hər biri orta və kiçik sahibkarların, yəni iqtisadiyyatın dayaq sütunu olan bu sahənin inkişafına maraqlı olan şəxslərdir”.
Cavid Süleymanlı - iqtisadçı-ekspert: “Kredit Zəmanət Fondu”nu milli iqtisadiyyat üzrə dövlət startegiyasının bir qolu olaraq düşünə bilərik. Kiçik və orta sahibkarlıq ən çox işçi tələb olunan və ən çox işçi çalışan bir sektor olduğuna görə bu sahənin yüksəldiləməsi, bu sahəyə dəstək vacib idi və bu addım atıldı”.
Mütəxəsislərin fikrincə “Kredit Zəmanət Fondu” sahibkarlar üçün əlavə mailiyyə resursalarına rahat çıxış imkanı yaratmaqla, məşğulluğun artırılmasına və gəlir bərabərsizliyinin aradan qaldırılmasına da əlavə dəstək verə bilər.
Gülnar Fazilqızı
- Baxış: 1099