• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3138
— 09.11.2017 22:58

Həmkəndlisini bıçaqlayaraq öldürdü

KepezTV Player

Gədəbəydə qətl hadisəsi olub. Hadisə rayonun Söyüdlü kəndində baş verib. Belə ki, kənd sakini, 27 yaşlı İbrahim Həsənəliyev həmkəndlisi 33 yaşlı Rəşad Süleymanovla mübahisə edib. Söz davası əlbəyaxa davaya keçib. Nəticədə Süleymanov 2 övlad atası İbrahim Həsənəliyevi bıçaqla qətlə yetirib. Onların hansı səbəbdən mübahisə etdikləri məlum deyil. Faktla bağlı Gədəbəy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.