Qışa hazırlıq çərçivəsində rayonun bütün məktəblərinin isidilməsi əvvəlcədən həll olunub.
Rayonda 78 orta məktəb fəaliyyət göstərir ki, bununda əksəriyyətində mavi yanacaqdan istifadə olunmur. Həmin məktəblər odun və ya duru yanacaqla isidilir. Buda öz növbəsində qeyd olunan ümumtəhsil müəsisələrində yanacağın əvvəlcədən tədarükünü vacib edir.
Mətanət Əliyeva - Goranboy rayon Qızılhacılı 1 saylı tam orta məktəbin direktoru: “Hər il olduğu kimi bu ildə rayon təhsil şöbəsi tərəfindən odunla təmin olunmuşuq. Hal-hazırda 30 kubdan artıq odun ambarında odun var. Noyabrın 1 dən etibarən isə siniflərdə sobalar qurulub və yandırılıb. Davamiyyətimizdə istiliklə bağlı heç bir problem yoxdur”.
Sinif otaqlarının istiliklə təminatı tədrisin keyfiyyətinədə öz müsbət təsirini göstərir. Rayonun yalnız 26 məktəbi mavi yanacaqla, yəni mərkəzləşdirilən istilik sistemi ilə qızdırılır ki, bu məktəblərdə də qazanxanalara baxış keçirilərək saz vəziyyətə gətirilib. Bu il rayonun daha bir məktəbi Tap kənd orta məktəbidə əsaslı təmir olunaraq qazanxana sistemi ilə təmin edilib.
Elton Cabbarlı
- Baxış: 443