• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2376
— 08.11.2017 10:03

Ferrarini zəngli saat kimi istifadə etdilər

Həvəskar yarışçılar Ceremi Nots, Doron Kaufman, Kori Brend və Endryu Hopkins dostları Mark Truenlə qeyri-adi yolla zarafat etmək qərarına gəliblər. Onlar Markı yuxudan oyatmağın başqa yolunu tapıblar. Belə ki, dostlar səsli zəngli saatın yerinə Ferrari 458 superkarının eqzoz sistemindən istifadə ediblər. Prank xarakterli video sosial şəbəkələrdə paylaşılıb. Truen açıqlamasında bildirib ki, o, 20 saat təyyarə ilə uçub, daha sonra 5 saat sükan arxasında maşın idarə edib. Buna görə də, dərin yuxuya gedib. Zarafatın nəticəsində Mark əlindən yanıq xəsarəti alıb və bu qisası dostlarında qoymayacağına söz verib.

 

Cavanşir Məmmədzadə