• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1455
— 07.11.2017 14:34

Şəmkirlilər su və kanalizasiya problemlərinin həllinə sevinirlər

KepezTV Player

Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi davam etdirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı işlərin sürətləndirilməsinə şərait yaradıb.

Arzu Cəfərova sakin: Şəmkir şəhəri uzun illərdir sudan əziyyət çəkirdi. Sudan çətinliyimiz var idi. Kanalizasiya sarıdan vəziyyət ürək açan deyidi. Ancaq prezidentimizin imzaladığı səraəncamla biz çox sevinirik ki Şəmkir şəhərinin su sarıdan problemləri artıq aradan qalxacaq.

Sakinlər Şəmkir şəhərində illərdir su və kanalizasiya sarıdan ürəkaçan olmayan vəziyyətin ölkə prezidentinin imzaladığı sərəncamla müsbətə doğru dəyişəcəyinə sevinir. Bu sevincdən rayon mərkəzində yaşayan 11 mindən çox sakinə pay düşür.

Nizami Qurbanov sakin: Aylarla bir damcı yağış düşmürdü problemlər yaranırdı kəhrizlərimiz quruyurdu. Ancaq dərycayın işə düşməsi və içməli su xəttinin çəkilməsi eləcədə bu sərəncamdan irəli gələn məsələlərin həllindən sonra problemlərimizin hamısı aradan qalxacaq.

Şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə 2011-ci ildən başlanılıb. Ötən müddət ərzində su təchizatı ilə bağlı işlərin 80, kanalizasiya üzrə isə 64 faizı icra edilib. 7 mindən çox abonentin mənzilində smartkart tipli elektron sayğaclar quraşdırllıb. Hazırda sözügedən abonentlər fasiləsiz olaraq su ilə təchiz olunur.

Aslanalı Hüseynov Şəmkir Su Kanal İdarəsinin rəisi: Şəmkir şəhərinin içməli su ilə təmin olunması məqsədi ilə Şəmkirçay dərryaçasından və Cəyirçay su anbarından su çəkilişləri həyata keçirilib. Bu mənbələr vasitəsi ilə Şəmkir şəhərinin su ilə təchizatı müətmadi olaraq ödənilir. Ümumilikdə Şəmkir şəhərinin şəbəkələrin nizamlı suyun verilməsi məqsədi ilə 4 ədəd 7 min kubmetr həcmində su anbarı inşa olunub.

Şəmkirdə əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə uzunluğu 13,4 km olan paylayıcı su şəbəkəsinin və uzunluğu 15,2 km olan magistral kanalizasiya kollektorunun tikilməsi istiqmaətində işlər davam edtirilir.

Natiq Hüseyn