• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3142
— 06.11.2017 13:19

Gənclər dava etdi: biri bıçaqlandı

KepezTV Player

Bakıda qətl törədilib. Hadisə Suraxanı rayonu Əmircan qəsəbəsi Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb. Qəsəbə sakini 36 yaşli Sadiq Nemətov aralarında yaranmış mübahisə zəminində tanışı 52 yaşlı Zahir Hacıağayevə bıçaqla ağır xəsarət yetirib. Sonuncu hadisə yerində dünyasını dəyişib. Suraxanı rayon hüquq mühafizə orqanlarının əməkdaşları cinayət baş vermiş ünvana baxış keçiriblər. Ərazidən istintaq üçün vacib olan dəlillər götürülüb. Cinayəti törətməkdə təqsirli bilinən Sadiq Nemətov saxlanılıb. Mərhumun qohumları və qonşularının sözlərinə görə, onun indiyədək heç kəslə ciddi mübahisəsi olmayıb.

Şamaxıda da qanlı olay yaşanıb. Şəhər sakini, 18 yaşlı Bəybala Osmanov şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qonşusu, 21 yaşlı Tural Abbasovu bıçaqlayıb. Qarın nahiyəsindən 3 bıçaq xəsarəti alan Tural təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı