• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1257
— 03.11.2017 10:02

Planetin ən sürətli avtomobili: 1600 at güclü Hennesey hiperkarı

Amerikanın Hennesey atelyesi SEMA tüninq-şousu çərçivəsində 1600 at güclü Venom F5 hiperkarını nümayiş etdirib. Bu avtomobil 482 km/saat sürətə malikdir. Maşın özü də əvvəlkinin bazasında deyil, sıfırdan yığılıb. Yeniliyin konstruksiyasında çərçivə karbon materialından, kuzov panelləri isə karbon fiberdəndir. Aerodinamik müqavimət əmsalı kupedə 0,33-dür. Bundan öncəki Venom modelində analoji göstərici 0,44, Bugatti Chironda isə 0,38-ə bərabərdir. Arxa ötürücülü hiperkar 7,4 litrlik tvin-turbo motoru ilə təchiz olunub. O, 1600 at gücündədir. Aqreqat 7 pilləli mexaniki sürət qutusu ilə işləyir. Venom F5 ilk 300 km/saat sürəti 10 saniyəyə yığacağı gözlənilir. Hiperkardan cəmi 24 ədəd buraxılacaq. Onların hərəsinin qiyməti minimum 1 milyon 600 min dollardır. Model üçün əlavə materiallarına görə daha 600 000 dollar nəzərdə tutulub. Maşınlar Texasda yerləşən zavodda yığılacaq. İlk sifarişçilər avtomobillərinə 2019-cu ilin əvvəlində qovuşacaqlar.

 

Cavanşir Məmmədzadə