• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 03.11.2017 10:03

iPhone X-in üz tanıma funksiyası əkizləri ayırd edə bilmirmiş

Apple-in yeni iPhone X smartfonunun üz tanıyan funksiyası - Face ID ekspertlər tərəfindən sınağa çəkilib. Aparat sahibinin barmaq izlərini tanıyan sensorları əvəz edəcəyi gözlənilən bu sistem son vaxtlar tez-tez tənqidə məruz qalır. Əvvəlcə sentyabrda iPhone X-in təqdimatı zamanı Apple-in baş vitse-prezidenti Kreyq Federini kameraya baxaraq smartfonu aça bilməmişdi, qısası Face ID həmin an işləməmiş, amma sonda bu tapşırığın öhdəsindən gələ bilmişdi. Daha sonra Apple şirkəti bəyanat yayaraq biometrik identifikasiya sisteminin mükəmməl olmadığını etiraf etdi, hətta qeyd olundu ki, smartfon 13 yaşdan aşağı uşaqlarla, həmçinin qardaş və bacılarla, hətta əkizlərlə işləmir. Şirkət Face ID ilə qane olmayanlara adi paroldan istifadə etməyi də məsləhət görüb. Bu yaxınlarda isə məlum olub ki, məhz Face ID texnologiyasındakı nasazlıqlara görə iPhone X-in istehsalı planlaşdırılandan iki dəfə azalıb. Sosial şəbəkələrdə isə Face ID-nin əkizlərlə necə işlədiyini göstərən videoçarx yayıblanıb. İlk olaraq əkiz qardaşlardan biri Face ID-də qeydiyyatdan keçir və smartfonu qardaşına verir. O biri qardaş isə smartfonu problemsiz aça bilir. İki cüt əkizlər tərəfindən yoxlanılan texnologiya iflasa uğrayıb və hər dəfəsində əkizlər sistemi aldatmağa nail olublar.

 

Cavanşir Məmmədzadə