• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2013
— 02.11.2017 20:08

Gədəbəy sakini həmkəndlisinin evini qarət edib

KepezTV Player

Gədəbəydə oğurluqla məşğul olan şəxs saxlanılıb. 47 yaşlı kişi həmyerlisinin malına göz dikib. Oktyabrın 31-i axşam saatlarında Slavyanka kənd sakini Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edərək evindən oğurluq edildiyini bildirib. Zərərçəkənin müraciəti əsasında əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlamağa müyəssər olublar.

Şahin Rzayev müstəntiq “Müəyyən edilib ki, Rzayev Ədalət Zakir oğlu evə daxil olaraq oradan yataq dəstləri, 5000 rus rublu və 70 manat pul oğurlayıb. Faktla cinayət işi başlanılıb. Rzayev Ədalət Zakir oğlu şübhəli şəxs qismində saxlanılıb”. Ədalət Rzayev evə pəncərəni sındıraraq daxil olduğunu və oradan əşyalarla yanaşı, nəğd pul oğurladığını etiraf edib.  

Ədalət Rzayev saxlanılan şəxs “Evə gündüz girmişəm. Ədyal götürmüşəm. Neçə dənə bilmirəm, qalanı yadımda deyil. Gətirib, bazarda satıb, sonra da tutulmuşam”. Ədalət Rzayevin evdən oğurladığı əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. Şəxsin digər cinayət əməllərində əlinin olub-olmadığı araşdırılır.

Natiq Hüseyn