• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1207
— 01.11.2017 11:00

Nvidiadan yeni qrafik prosessoru: GeForce GTX 1070 Ti

Nvidia şirkəti GeForce GTX 1070 Ti adlı qrafik prosessorunu nümayiş etdirib. Yenilik demək olar ki, GTX 1080 kimi güclüdür, amma həm də ucuzdur. Onun satışlarına sabahdan başlanacaq. Yeni videosürətləndirici GeForce GTX 1080-lə 1070 arasında yer alacaq. Lakin məhsuldarlığının sonuncudan iki dəfə güclü olduğu deyilir. 1070 Ti-də 1080-də olduğu qədər takt tezliyi olsa da, daha az Cuda prosessor nüvəsinə (2432-2560) və tekstur bloklarına (152-160) sahibdir. Nüvənin maksimal tezliyi isə (1607 MHz-1683 MHz) cüzi fərqlə azlıq təşkil edir. Əsas özəllik ondan ibarətdir ki, 1070 Ti 8 qiqabaytlıq adi modul yaddaşa malikdir. Nvidianın bu yeni məhsuluna 449 dollar qiymət qoyulub. 1080 variantı üçün isə 500 dollar tələb olunur. Yeni prosessorun məhsuldarlığı DirectX 12, HDR və effektli VR-ə bəs edəcək. GeForce GTX 1070 Ti Nvidia-nın AMD tərəfindən təqdim olunan Radeon Vega adlı kartına bir cavabdır.