• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 31.10.2017 23:22

Ferma mal-qara ilə birgə yandı

KepezTV Player

İsmayıllı rayonunda heyvandarlıq təsərrüfatında yanğın hadisəsi baş verib, mal-qara arasında kütləvi tələfat baş verib. Zərnava kəndində yerləşən və ümumi sahəsi 3500 kvadratmetr olan fermada çıxan yanğının söndürülməsi üçün əraziyə FHN-nin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Kənd sakinləri Kamal Allahverdiyev, Ötər Budiyev və Ağdam rayonundan olan məcburi köçkün Vaqif Məmmədova məxsus 7 ədəd iri buynuzlu və 5 baş xırda buynuzlu heyvan tələf olub, 23 ton arpa və 1500 ədəd ot bağlaması yararsız hala düşüb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıblar. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırmalarla bilinəcək.