Bu günə xəbərlərin oxunma sayı: 1483
— 31.10.2017 15:36

Göygöldə payızlıq taxıl otən ilə nisbətən çox olacaq

KepezTV Player

Aqrar rayon olan Göygöldə əkinə yararlı torpaqlarda payızlıq şumlanma işləri davam edir. Bu il 9 min 200 ha-da payızlıq taxıl əkəcək ki, bu da ötən ilə nisbətən 200 ha çoxdur.

Rayonda payızlıq şum işlərinə sentyabır ayının ortalarından başlanılıb və 5500 ha ərazi şumlanıb. Artıq 2 min ha-a taxıl da səpilib. Fermerlər deyir ki, taxıl əkini üçün gübrə və texnika ilə tam təminat var.

Mail Qafarov fermer: 10 hk əkin sahəmiz var. Ötən il onun 7 hk buğda, arpa əkmişdim. Bu il isə məhsuldarlıq yaxşı olduğu üçün 10 hk hamısını əkirik. Bu il həmçinin gübrədən də istifadə edirik.

Bol məhsul əldə etmək üçün yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində Göygöl rayon Kənt Təsərrüfatı İdarəsində qərargah yaradılıb. Bundan başqa istehsalçılara dövlət tərəfindən verilən bütün imtiyazlar artıq ödənilir. Ümumilkdə isə bu il rayonda taxıl əkini ötən ilə nisbətən çox olacaq.

Adil Kərimzadə  Göygöl Rayon Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi: Dövlət tərəfindən gübrələrin dəyərinin 50 faiz ödənilməklə güzəştlə istehsalçılara verilməsi, bundan əlavə buğda əkininə görə əlavə olaraq 40 manatın verilməsi və digər əkinlərdə dövlət tərəfindən yardımların verilməsi istehsalçılarda əkinə, kənt təsərrüfata maraq daha böyükdü.

Rayonda payızlıq taxıl üçün əkinə yararlı ərazilərin şumlanması və taxıl əkini üçün Aqrolizinq tərəfindən 60-a yaxın texnika cəlb edilib. Torpaqlar aran və dağlıq olduğu üçün burada əsasən Azəri, Əzəmət 95, Aran buğda, eləcə də  Qarabağ 22 arpa toxum sortları səpilir. Payızlıq əkinin noyabırın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.