Oğurluğun üstünün açılmağı 40 gün çəkər deyimi reallıqda öz təsdiqini tapdı. Qisas üçün oğurluq edən şəxsin kimliyi elə 40 günə bəlli oldu.
Abşeron polisi sentyabrın 2-də nəqliyyat qarajından oğurluq edən şəxsi yaxalayıb.Qarajda dayanan Nissan Tida markalı avtomobilin salonundan pul oğurlanması barədə xəbəri DİN-nin102 zəng mərkəzinə maşının sahibi İbrahim Quliyev verib. Sözügedən ərazidə baş dispeçer vəzifəsində çalışan Quliyev bildirib ki, müəssənin ərazisinə daxil olan naməlum şəxs onun avtomobilinin yan şüşəsini sındıraraq içəridən 4 min 400 manat götürüb. Keçirilən əməliyyat tədbirləri ilə şübhəli bilinən şəxsin adı 40 gün sonra müəyənləşdirilib. O, əvvəllər həmin qarajda sürücü işləyən 33 yaşlı Əli İbrahimovdur. Saxlanılan şəxs vaxtilə 119 və 135 saylı xətlə hərəkət edən avtobusları idarə edib və bu səbəbdən qaraj ərazisində oğurluq etmək onun üçün asan başa gəlib.
Etdiyi hərəkətlə onu həmin qarajda işdən çıxaran İbrahim Quliyevdən qisas aldığını deyən Əli, oğurladığı pulları hara xərclədiyini də açıqlayıb.
Oğurluq pula alındığı etimal olunan avtomobil maddi sübut kimi götürülüb. Faktla əlaqədar Abşeron rayon polis idarəsində başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.
- Baxış: 459