Rayonun Parakənd kəndində torpaq üstündə yaranan mübahisə qonşular arasında davaya çevrilib. Nəticədə kənd sakini, 49 yaşlı Minarə Quliyeva başından küt alətlə ağır zərbə alaraq yaralanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
- Baxış: 839