Oktyabrın 19-da Hacıqabul Rayon Polis Şöbəsinə rayon sakini Qızqayıd Vəliyeva və ailə üzvlərinin yaşadığı mənzilə iki nəfər maskalı şəxsin bıçaqla hücüm edərək quldurluq cinayəti törətməsi barədə məlumat daxil olub. Hacıqabul RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin rayon sakinləri – Yusif Abbasov və Şamxal Şirinov tərəfindən törədildiyi müəyyən edilib və adları çəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Araşdırma zamanı qeyd edilən evə basqın etməyi zərərçəkənlərin qonşuluğunda yaşayan Yusif Abasovun təklif etdiyi məlum olub. Hadisə zamanı ev sahibinin azyaşlı nəvəsi onun üzündə olan maskanı çıxardıb. Bu səbəbdən Yusif Abasov tanınacağından qorxaraq Şamxal Şirinovla birgə evdən qaçaraq hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Hacıqabul RPŞ-yə müraciət edə bilərlər.
- Baxış: 461