• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 24.10.2017 14:05

Yol keçmək istəyən iki qadını maşın vurdu

KepezTV Player

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində piyadavurma hadisəsi olub. 52 yaşlı Validə Zəfərovanı yolu keçərkən minik avtomobili vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi rayonun Biləcəri qəsəbəsində isə 52 yaşlı Elnurə Məmmədovanı maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Sürücü isə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla əlaqədar araşdırmalara başlanılıb.