Niderland xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən Gəncədə reallaşdırılan ilk uzunmüdətli layihə yekunlaşıb. İcrasına bu ilin martında başlanılan “Gənclər – vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” layihəsinə 16-29 yaş arası 25 gənc cəlb olunub. Təlimlər zamanı onlara vətəndaş mövqeindən düzgün çıxış və müdafiə, ictimai vəkillik, elektron xidmətlərdən istifadə bacarıqlarının artırılması, layihələrin yazılması və idarə edilməsi, maliyə və büdcənin düzgün idarə edilməsi, natiqlik, liderlik, strateji planlaşdırma, sosial sahibkarlıq kimi mövzular barədə məlumatlar verilib. Layihənin gedişatında iştirakçılarla “Davamlılıq görüşləri” keçirilib. Yekun olaraq Startup ideyalarının reallaşdılılma potensialı və təqdimat bacarıqlarına görə fərqlənən 3 komanda seçilərək, mükafatlandırılıb.
- Baxış: 483