• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2502
— 23.10.2017 10:55

Aston Martin-in eksklüziv maşınlarını iki il qabaqdan aldılar

Aston Martin şirkətinin sifarişi əsasında, eksklüziv avtomobillər hazırlayan Prototype Operation bölməsi ildə iki ədəd superkar ərsəyə gətirəcək. Belə maşının minimal dəyəri 2,6 milyon dollardır. Artıq ilk 4 maşın sifariş olunub. Böyük Britaniya markasının rəhbəri Endi Palmera bəyan edib ki, bunlar xüsusi müştərilər üçün özəl superkarlar olacaq. Görünüşləri isə CC100 spidsterinə və Vantage GT12 Roadsterinə bənzəyir. Onlardan bir neçəsi birbaşa şəxsi kolleksiyaya göndəriləcək. Aston Martin, həmçinin 1130 at güclü Valkyrie hiperkarının buraxılışına hazırlaşır. Hibrid maşından cəmi 175 ədəd ərsəyə gələcək. Hiperkar 320 km/saat sürəti 10 saniyəyə yığacaq.