KepezTV Player
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 49 min 926 rayon sakini pulsuz tibbi müayinədən keçib. Müxtəlif xəstəliklərin aşkar olunduğu 254 nəfərə ambulator, 79 nəfərə stasionar müalicə təyin edilib. Eləcə də Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə və mama ginekoloji şöbələri üçün 13 otaqdan ibarət yeni bina tikilərək istifadəyə verilib. Təhsil sahəsində də uğurlar əldə edilib, ali məktəblərə qəbul göstəricisi yaxşılaşıb. Məşğulluğun təminatı məqsədiylə iş axtaranların bir çoxu seçdikləri sahə üzrə çalışmağa başlayıb. Hesabat iclasında əhalini narahat edən məsələlər də diqqət mərkəzində olub və aradan qaldırılması üçün aidiyyatı qrumlara tapşırıqlar verilib.
- Baxış: 576