• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2391
— 19.10.2017 14:07

Yük avtomobili "Mercedes"lə toqquşdu

KepezTV Player

Şabranda da yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza Bakı Quba Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunun Şabranın Günəşli kəndi ərazisindən keçən hissəsində baş verib. İmişli sakini 49 yaşlı Fizuli Xudiyevin idarə etdiyi "ŞAGMAN" markalı yük avtomobili "MERSEDES"lə toqquşub.Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər “ŞAGMAN” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıblar. Şabran Mərkəzi rayon Xəstəxanasına çatdırılan Fizuli Xudiyev reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.