• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2052
— 17.10.2017 23:41

Qətldə təqsirləndirilənlər saxlanıldılar

KepezTV Player

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən verilən məlumata görə, təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda İran vətəndaşını qətlə yetirən şəxslər həbs olunublar. Belə ki, cari il oktyabrın 12-də üzərində Mohtati Saman Nemat oğlunu üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılaraq müvafiq ekspertizalar təyin edilib.Qətli şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyev tutularaq istintaqa cəlb olunublar.Aparılmış ilkin istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, şəxslər quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub, oktyabrın 11-i gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüb, lakin evdən hər hansı bir əmlak əldə edə bilməyib hadisə yerindən qaçıblar.