• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1619
— 17.10.2017 16:19

İkinci əl avtomobillər niyə bahalaşır?

KepezTV Player

Alan da narazı, satan da... Biri qiymətlərin yüksək olmasından şikayətlənir, digəri alıcı qıtlığından... Son aylarda ikinci əl avtomobillərin qiymətində müşahidə olunan kəskin artım müştərilərin əlini də yandırır, cibini də...

alıcı: “Maşın almağa gəlmişdik, ancaq ala bilmədik. Avtomobillərin qiyməti çox bahadır. Ala bilmirik. Yaxşı “VAZ-2107” 6500, 7000-ə təklif olunur. Ona görə də ala bilmirik. Əvvəl alırdıq 4000, 4500 manata. İndi çox bahalanıb”.

alıcı: “Bahadır. Qiymətlər çox bahadır. Cibimizə uyğun maşın tapa bilmirik. Bir neçə ayı müqaisə etsək, qiymətlər qalxıb. Əvvəllər qiymətlər yaxşı idi, normal idi, amma indi qalxıb”.

alıcı: “Qiymətlərdən əlavə yaxşı maşın da yoxdur bazarda. Hamısı köhnə maşinlardır. Defektləri çoxdur. Yəni bunlar deyən qiymətə yaxşı maşın yoxdur”.

Qiymətlərin əvvəlki aylarla müqaisədə artıdığını satıcılar da təstiqləyirlər. Amma avtomobillərin baha, müştərilərin az olmasına baxmayaraq, satıcılar qiyməti endirmək istəyənlərə, “aşağı yeri yoxdur” deyirlər.

satıcı: “6 min manata deyirəm, amma verən yoxdur. Əhalinin pulu azdır. Yəni mən bu avtomobili 6 mindən aşağı sata bilmərəm. Alıcılıq qabiliyyəti çox aşağıdır. Demək olar ki, sıfırdır. Saat 11-dir, bazardan hələ bir dənə avtomobil çıxmayıb”.

satıcı: “Qiymətlər qalxır. Azalmır. Məsələn, iki ay bundan qabaq daha ucuz idi. Hamı baha deyir, amma alan yoxdur. Hər bazar nadir hallarda 10-20 maşın satılır. Əksər maşınlar geri qayıdır”.

Tərəflər davam edən qiymət artımını manatın dəyişən məzənnəsi və ya 2005-ci ildən əvvəl istehsal olunan avtomobillərin ölkəyə buraxılmaması ilə əlaqələndirsələr də, iqtisadçılar yaranan vəziyyəti başqa cür şərh edir.

Cavid Süleymanlı iqtisadçı-ekspert:“Burada belə bir səbəb var. Xaricdən gətirilən yeni avtomobillərin qiyməti çox yüksəkdir. Həmin maşınların qiyməti yüksək olduğundan insanlar üz tutur ikinci əl avtomobillərə. İkinci əl xarici maşınların qiyməti də bu səbəbdən artmağa başlayır. Onları qiyməti artıqda “Lada” markalı avtomobillərin də qiymətində artım müşahidə olunur”.

Cavid Süleymanlı qiymətlərdə elə bir radikal enmə yaşanmasa da, bazarın özünün tənzimləyici rol oynayacağı qənaətindədir.