• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 17.10.2017 16:18

Gəncədə tələbələr üçün yeni imkan: Logistika Təlim Tədris Mərkəzi yaradıldı

Azərbaycan texnologiya Universiteti ölkədə logistika sektorunun ən aparıcı müəssisəsi olan “PORT of Baku”nun bu sahə üzrə mütəxəssis hazırlığı istiqamətində əməkdaşlıq etdiyi iki ali təhsil müəssisəsindən biridir. Logistika mühəndislərinin magistr pilləsində kadr hazırlanması istiqamətində ADA Universiteti ilə çalışan Liman, bakalvr pilləsində ATU ilə əməkdaşlıq edəcək.

Yucen Seah “PORT of Baku”nun əməliyyatlar üzrə meneceri: Gördüyümüz bütün işlər Azərbaycanın gələcəyi üçün əhəmiyyətlidir. Xüsusi ilə təhsil sahəsində. çünki biz gələcəyə kadr hazırlayırıq və təhsil sahəsinə fikir vermədən bunu etmək çox da inandırıcı deyil. Beynəlxalq rəqabəti nəzərə alsaq Azərbaycan gələcəkdə bütün trasportasiyalar üçün mərkəz rolunu oynaya bilər. Bu mərkəzin işləməsi üçün xüsusi qabiliyyətli insanlara, yıni mütəxəsislərə ehtiyac var.Logistika Təlim – Tədris Mərkəzi maddi-texniki avadanlıqlar və tədris vəsaitləri ilə təchiz olunub.

Şəhla Yusifli  tələbə: Universitetdə bizim təhsilimiz üçün hər cür şərait yaradılıb. Kitabxana, komputer otaqları istifadəyə verilib. Bu gün də bizim arzumuz olan logistika təlim-tədris mərkəzi istifadəyə verildi. Biz bu mərkəzdə məlumatlarımızı, nəzəri biliklərimizi daha da artıracağıq.

 Muraz Süleymanov tələbə: Mənim ən böyük arzum logistika mühəndisi olmaq idi, arzuma çatdım. ATU-da yeni bir logistika mərkəzi yaradılıb. Hər cür şəraitlə təmin olunub. Biz gələcəkdə öz elmi fəlaiyyətimizi bu logistika mərkəzi vasitəsi ilə apara biləcəyik.

PORT of Baku” ilə əməkdaşlıq Universitetin “Müştəriyə Yönəlmə Proqramı” çərçivəsində qurulub. Qeyri-neft sektoru üzrə ixtisas hazırlığının artırılmasını hədəfləyən ali təhsil müəssisəsi, bu istiqamətdə qurulan əlaqələri daha da genişləndirməyi planlaşdırır.

 Akif Süleymanov ATU-nun rektoru: Bir qurum kimi, ali təhsil müəssisəsi kimi biz insan kapitalı yaradırıq. Bu kapitalın səviyyəsinin yüksək olması, dövlətimizin gücünü, qüdrətini müəyyən edən bir amildir. Buna görə də hazırlanan bütün kadrların səviyyəsi yüksək səviyyədə olmalıdır. Buna görə də universitetlə sənaye əlaqələrinin genişləndirilməsi, yeni mərkəzlərin yaradılması çox vacibdir. Bu işi gələcəkdə də davam etdirəcəyik.

“Yüngül sənaye mühəndisliyi və logistika fakultəsi”nin daxilində yaradılan Mərkəzi yüksək ixtisaslı kadrların hazırlanmasında öz töhvəsini verəcək.