• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 17.10.2017 13:49

Bu axşam 20 günlük fasilədən sonra UEFA çempionlar liqasnda 3-cü turun oyunları keçiriləcək.

İlk oyun günündə E, F G və H qruplarında görüşlər baş tutacaq. 4 xalla E qrupuna liderlik edən Sevilya səfərdə Spartak Moskvanın qonağı olacaq. Rusların doğma publika önündə qalib gəlmək istəyi görüşün gərgin keçəcəyindən xəbər verir. Bu qrupun digər oyununda Maribor evdə Liverpulu qəbul edəcək.

Gecənin ən diqqətçəkən görüşlərindən birində Mançester Siti – Napoli qarşıdurması yaşacaq. Hər iki klubun daxili çempionatlarda ilk pillədə qərarlaşması bu görüşün maraqlı duelə səhnə olacağına işarədir. Eyni qrupda yer alan digər komandalardan isə Feyenord doğma publika önündə Şaxtyor qarşısında ilk xalını qazanmağa çalışacaq.

Qitənin ən nüfuzlu klub turnirində 3-cü turun ilk oyun günü azərbaycanlı azarkeşlərin diqqəti daha çox Monakoda olacaq. Ölkəmizdə də yetərincə fanat ordusu olan Beşiktaş səfərdə eyniadlı knyazlıq kollektivi ilə üz-üzə gələcək. Superliqada işləri yolunda getməyən qara qartal turnirdə ilk iki oyunda qazandığı qələbənin davamını gətirərək evə sərfəli nəticəylə dönmək niyyətindədi. Bu qrupun digər oyununda çempionlar liqasının debutantı Leyptsiq Almaniyada Porto ilə qarşılaşacaq.

H qrupunda isə futbol azarkeşlərini daha bir maraqlı görüş gözləyir. Qrupda keçirdikləri hər iki oyunu qələbə ilə tamamlayan Real Madrid – Tottenhem dueli həyəcana səbəb olacaq. Santyaqo Benbeudakı oyunda kral klubunun qalib gələcəyinə inam böyükdü. H qrupunda xalları olmuyan komandaların  mücadiləsində isə Apoel evdə Borussiya Dortmunda münasibətlərinə aydınlıq gətirəcək. Gecənin bütün oyunları Bakı vaxtilə saat 22:45-də başlayacaq. 

 

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

17 oktyabr

 

E qrupu

22:45. “Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə)

22:45. “Spartak” (Rusiya) - “Sevilya” (İspaniya)

 

1.

Sevilya

2

1

1

0

5-2

4

2.

Liverpul

2

0

2

0

3-3

2

3.

Spartak

2

0

2

0

2-2

2

4.

Maribor

2

0

1

1

1-4

1

 

 F qrupu

22:45. “Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Ukrayna)

22:45. “Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya)

 

1.

Mançester Siti

2

2

0

0

6-0

6

2.

Şaxtyor

2

1

0

1

2-3

3

3.

Napoli

2

1

0

1

4-3

3

4.

Feyenoord

2

0

0

2

1-7

0

  

G qrupu

22:45. “Leypsiq” (Almaniya) - “Porto” (Portuqaliya)

22:45. “Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə)

 

1.

Beşiktaş

2

2

0

0

5-1

6

2.

Porto

2

1

0

1

4-3

3

3.

Leypziq

2

0

1

1

1-3

1

4.

Monako

2

0

1

1

1-4

1

 

H qrupu

22:45. “Real” (İspaniya) - “Tottenhem” (İngiltərə)

22:45. APOEL (Kipr) - “Borussiya” (Dortmund, Almaniya)

 

1.

Tottenhem

2

2

0

0

6-1

6

2.

Real

2

2

0

0

6-1

6

3.

Borussiya D.

2

0

0

2

2-6

0

4.

APOEL

2

0

0

2

0-6

0

 

Orxan Cəfərzadə